"Azercell" Goranboyda yeni "Eksklüziv" mağazasını açıb (R)

Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom” MMC yeni konsepsiyalı "Eksklüziv” mağazalarını ölkə boyu genişləndirməyə davam etdirir.

Bu dəfə "Azercell” Goranboy şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən yeni "Eksklüziv” mağazasını abunəçilərinin istifadəsinə təqdim edib. Bu münasibətlə əlaqədar şirkət yeni mağazanın müştərilərini xüsusi kampaniya ilə sevindirir. Belə ki, avqust ayının 27-dən etibarən 7 gün ərzində, Goranboy "Eksklüziv” mağazasından smartfon alan hər kəs 150 manatadək hədiyyə balansı əldə edəcək.

"Azercell”in yeni "Eksklüziv” mağazası ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər ən son texnoloji yenilikləri dəstəkləyən məhsulları sınaqdan keçirə və müqayisə edə bilərlər. Peşəkar satıcılar müştərilərə düzgün seçim etmək, xidmətləri aktivləşdirmək və digər məsələlərdə yardım edir. Həmçinin mağazada mobil texnologiyaları dəstəkləyən müxtəlif aksesuarlar, cihazlar, kredit və ya nağd şəkildə mobil telefonlar əldə etmək mümkündür.

Goranboy "Eksklüziv” mağazası həftənin I-VI günləri saat 09:00-dan 20:00-dək (fasiləsiz), bazar günü isə 09:00-dan 19:00-dək (fasiləsiz) abunəçilərə xidmət göstərir. Beləliklə, ölkə boyunca artıq 23 "Azercell Eksklüziv” mağazası fəaliyyət göstərir.
 


www.ann.az

Xəbər lenti