Azərbaycanın xarici işlər naziri Brüsselə yola düşdü

Azərbaycanın xarici işlər naziri Brüsselə yola düşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də keçiriləcək iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə yola düşüb.Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda E. Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.  XİN-in məlumatında o bildirilir ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq, habelə ISAF əməliyyatlarında verdiyi əhəmiyyətli töhfələrə görə təşkilatın yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti