Azərbaycanın xaricdə daha bir diplomatik missiyası açılır

Azərbaycanın xaricdə daha bir diplomatik missiyası açılır
Montevideoda Azərbaycanın diplomatik missiyası təsis olunacaq. APA-nın xəbərinə görə, bu barədə Uruqvay XİN-in Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb. Qeyd olunur ki, cari ilin 19 dekabr tarixində iqamətgahı Buenos-Ayresdə yerləşən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Uruqvay xarici işlər naziri Luis Almaqro və bu ölkənin digər rəsmiləri ilə görüşüb. Görüşdə iqamətgahı Montevideo şəhərində olmaqla Azərbaycanın Uruqvay Şərq Respublikasında diplomatik missiyasının açılması üzrə işə başlandığı elan olunub. Uruqvay XİN-in məlumatında bildirilib ki, bu hadisə ilə iki ölkə arasında əlaqələrin gücləndirilməsi istiqamətində yeni mərhələ açılır.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti