Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib
Avropa Liqasında qrup mərhələsinin oyunları başa çatdıqdan sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn il baş tutacaq qarşılaşmalar ərəfəsində əmsallar cədvəlində cüzi dəyişikliklər olub. Bu dəyişikliklər Azərbaycanın mövqeyinə də təsir edib. Buna “Şerif” (Moldova) səbəb olub. Qrup mərhələsinin sonuncu turunda Tiraspol təmsilçisinin “Tromse” (Norveç) üzərindəki 2:0 hesablı qələbəsi Moldovanın xalını 10,375-ə çatdırıb. Bununla, Moldova 31-ci pillədəki Azərbaycana çatıb. Hər 2 ölkənin eyni xalı olsa da, əlavə göstəricilərdə Moldova bizi qabaqlayır. Qeyd edək ki, klublarımız cari mövsümdə 2,500 xal toplayıb. Bunun – 1,375-i “Qarabağ”ın, 0,625-i “İnter”in, 0,375-i “Xəzər Lənkəran”ın, cəmi 0,125-i isə “Neftçi”nin payına düşür. Ölkəmizin indi qərarlaşdığı 32-ci yer də 2015/16 mövsümündə ölkə kubokunun qalibini Avropa Liqasının II təsnifat mərhələsinə göndərmək hüququ verir. UEFA reytinqində 21-35-ci yerlər...21. Polşa - 18,87522. Belarus – 18,62523. Şotlandiya - 16,56624. İsveç – 16,32525. Bolqarıstan – 14,875 (1 klubu mübarizəni davam etdirir)26. Norveç - 14,27527. Serbiya - 14,12528. Macarıstan – 11,625 29. Slovakiya - 11,000 30. Sloveniya – 10,750 (1 klubu mübarizəni davam etdirir)31. Moldova – 10,37532. Azərbaycan – 10,37533. Gürcüstan – 9,87534. Qazaxıstan – 8,25035. Bosniya və Hersoqovina – 7,500...ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti