Azərbaycanın tanınmış aktyoru ağır əməliyyat keçirib - FOTO

Azərbaycanın tanınmış aktyoru ağır əməliyyat keçirib - FOTO
Azərbaycanın tanınmış aktyoru Rəhman Rəhmanov ağır əməliyat keçirib.

Milli.Az xəbər verir ki, bu haqda İlhamə Quliyevanın mətbuat katibi şəxsi səhifəsində aktyorun şəkilini paylaşaraq: "Ağır əməliyyat keçirən Rəhman Rəhmanov" yazıb.

Aktyor əvvəllər mediaya açıqlamasında 15 ildir xəstə olduğunu dilə gətirib: "Mən artıq 15 ildir ki, ağır şəkər xəstəliyindən əziyyət çəkirəm. Ayağımın biri işləmir və yavaş-yavaş çürüyür. Həkimlər də ayağımın çox pis vəziyyətdə olduğunu söyləyirlər. Təəssüf ki, sözügedən xəstəliyin heç bir müalicəsi yoxdur. Səhhətimin pis vəziyyətdə olmasına baxmayaraq, mən yenə də öz işimin başındayam. İşləmək çətin də olsa, mən teatrsız yaşaya bilmərəm. Bütün həyatımı bu teatra həsr etmişəm".

Qeyd edək ki, Rəhman Rəhmanov 1974-cü ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.

Onun ayağlarından əməliyyat olunduğu deyilir.

ANN.Az

Xəbər lenti