Azərbaycanın əbədi sönməz alovu söndü - FOTO

Azərbaycanın əbədi sönməz alovu söndü - FOTO
Suraxanı rayonunda yerləşən “Atəşgah” Od Məbədinin əbədi sönməz alovu söndürülüb.Ötən gün məbədi ziyarət edən AzNews.az-ın əməkdaşı hadisənin şahidi olub.Məbəd işçilərinin əməkdaşımıza verdiyi məlumata görə, alovun söndürülməsi aparılan restavrasiya işləri ilə bağlıdır. Adının çəkilməsini istəməyən məbəd işçisi bildirib ki, bununla bağlı yeni layihə hazırlanır. Layihəyə əsasən, məbədin alovunun mənbəyi ilkin variantına - 18-ci əsrdə olduğu şəkilə qaytarılacaq.“Atəşgah” abidə kompleksinin direktoru Rəşid Babayi isə deyib ki, bu restavrasiya işləri ilə deyil, Suraxanı rayonu Qaz-İstismar Sahəsinə məxsus xətlərdə qəza olduğu üçün alov sönüb.Qeyd edək ki, abidə 17-18-ci əsrlərdə atəşpərəstlər tərəfindən təbii qazın çıxdığı yerdə inşa olunub.ANN.Az

Xəbər lenti