Azərbaycanın bir hissəsi suyun altında qalacaq - National Geographic

Azərbaycanın bir hissəsi suyun altında qalacaq - National Geographic

Geoloqlar qlobal istiləşmənin mümkün nəticələrini proqnozlaşdırmaqda davam edirlər"National Geographic" jurnalının müəllifləri belə bir sual qoyublar ki, Yer Kürəsində olan bütün buzlaqlar yüksək temperatur nəticəsində ərisə, onda nə baş verə bilər?Onlar bütün mümkün ola biləcək nəticələri hesablayıblar və interaktiv xəritə yaradıblar, həmin xəritədə isə qitələrdən hər biri üçün hadisələrin inkişafının ssenarilərini əyani göstərib. Bu barədə "Newsru.com" saytı yazıb. Alimlərin sözlərinə görə, buzların ərinməsi halında Yer Kürəsində dəniz səviyyəsi təxminən 65 metrə yüksələcək. Nəticədə planetdə orta temperatur 14 dərəcədən 26 dərəcəyə qədər artacaq.ABŞ-ın bir hissəsi, bəzi Latın Amerikası ölkələri, Niderlandlar və Danimarkanın böyük bir hissəsi su altında qalacaq.London və Venesiya olmayacaq, Misirin İskəndəriyyəsi və Qahirə isə bataqlığa çevriləcək.Həmin proqnozlarda Azərbaycan haqqında da fikirlər yer alıb. Alimlərin qənaətinə görə, buzların əriməsi halında Azərbaycanın da bir hissəsi suyun altında qalacaq. Afrika önəmli ölçüdə toxunulmamış qalacaq, ancaq onun böyük bir hissəsində yaşayış mümkün olacaq.Asiyada təxminən 600 milyon çinlinin yaşadığı yerləri su batıracaq. Banqladeş və Hindistanın sahilboyu rayonları da Yür üzündən silinəcək.ANN.Az

Xəbər lenti