Azərbaycanlılar pullarını nəyə xərcləyir?

Azərbaycanlılar pullarını nəyə xərcləyir?
“Pullar hara gedir?” - bizlərdən hər birimizin özünə verdiyi bir sualdır.Oxu.Az xəbər verir ki, “Exo” qəzetinin apardığı sosial sorğunun nəticələrinə görə, Azərbaycan əhalisinin qazandığı pulların böyük hissəsini qida, alkoqol və siqaretə xərclədiyi məlum olub.  Bu rəqəm 60% təşkil edib. Kommunal xərclərin ödənilməsi payı ümumi xərclərdə 23%-ə çatıb. Təhsil və əyləncələrə çəkilən xərclər isə cəmi 5%-dir. Vətəndaşlarımız sağlamlıq və tibbi xidmətlərə qazandıqları pulların 2%-ni xərcləyirlər. Eyni məbləğdə pul geyim və ayaqqabıya sərf olunur. Və yalnız yerdə qalan 8% pul digər xərclərin örtülməsinə yönəldilir.Maraqlıdır ki, Dövlət Statistika Komitəsi də sorğunun nəticələrini təsdiqləyir.Dayanıqlı İqtisadi İnkişaf Mərkəzinin sədri Nəriman Ağayevin sözlərinə görə, sorğunun nəticələri real vəziyyəti əks etdirir.Lakin bir “əmma” var – bu məlumatlar yalnız əhalinin aylıq gəlirləri 500 manatı ötən hissəsi üçün düzgündür. Gəlirlərinin səviyyəsi xeyli yüksək olan insanlar üçün dinamika fərqlidir. Və bu anlaşılandır – gəlir çox olduqca, xərclər də artır.Qeyd edək ki, əvvəllər “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyevin də “Exo”ya bildirdiyinə görə, əhalinin gəlirlərinin səviyyəsi artır və bununla bərabər, xərclər də çoxalır.Əhalinin böyük əksəriyyəti öz ödəniş qabiliyyətliliyini lazımi səviyyədə saxlamaq üçün bank kreditləşdirməsi xidmətlərinə üz tutur.ANN.Az

Xəbər lenti