Azərbaycanlılar Almaniyaya qaçır

Azərbaycanlılar  Almaniyaya qaçır
2016-cı ildə Almaniyada sığınacaq almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 4750 nəfər olub. Bu da 2015-ci illə müqayisədə sığınacaq istəyənlərin sayı 3 dəfə çoxdur.
 
Bu barədə ANN.Az-a Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən məlumat verilib. İdarədən ANN.Az-a verilən məlumata görə 2016-cı ildə daxil olan 4750 müraciətdən, yalnız 2722 müraciət barədə qərar qəbul edilib. Almaniyadan sığınacaq istəmiş 2722 azərbaycanlıdan 1726 nəfərə, yəni müraciətlərin 63,4 %-nə, əsassız olduğu üçün rədd cavabı verilib.
 
Sığınacaq istəyən 459 azərbaycanlı barədə müsbət qərar qəbul edilib.Bura siyasi sığınacaq,qaçqın və əlavə qorunma statusu alan şəxslər daxildir. 537 azərbaycanlıya qarşı "Dublin Əsasnaməsinə” uyğun olaraq başqa sığınacaq prosedurları tətbiq edilib. 2015-ci ildə isə Almaniyadan 1497 Azərbaycan vətəndaşı sığınacaq istəyib.Həmin müraciətlərdən yalnız 390-ı barədə qərar qəbul edilib.165 müraciətə rədd ,71 müraciətə isə müsbət cavab verilib.154 müraciətə qarşı "Dublin Əsasnaməsinə” uyğun olaraq başqa sığınacaq prosedurları tətbiq olunub.
 
"Dublin Əsasnaməsi” üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin beynəlxalq himayə məqsədi ilə təqdim etdiyi hər bir ərizəsinin Avropa İttifaqının bir üzv dövləti tərəfindən baxılmasını tələb edir. "Dublin Əsasnaməsi” müraciət üçün tez bir vaxtda Aİ-nın cavabdeh üzv dövlətinin müəyyən edilməsini və sığınacaq istəyən şəxsin həmin üzv dövlətə transfer edilməsini nəzərdə tutur.Bir çox hallarda cavabdeh dövlət sığınacaq istəyən şəxsin Avropa İttifaqına gəldiyi ilk dövlət hesab olunur.

Vüsal Əzizov




www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti