Azərbaycanlı xanıma AYİB-də yüksək vəzifə verildi

Azərbaycanlı xanıma AYİB-də yüksək vəzifə verildi
Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan Respublikalarında regional rəhbəri təyin olunub.

Ann.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb.

Həmyerlimizin rəhbərlik etdiyi ofis Bişkekdə yerləşəcək. O, vəzifəsinin icrasına 2021-ci ilin 1 sentyabrında başlayacaq.

Aytən Rüstəmova bu vəzifədə Bankın Londandakı mənzil qərargahına geri qayıdan Nil Makkeyni əvəz edəcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankında 2001-ci ildən çalışır. O, bankın Bakı ofisində müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə isə AYİB-in Tacikistanda regional rəhbəri vəzifəsinə təyinat alıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti