Azərbaycanlı ifaçılar Vyanada Milli Musiqi Günü münasibətilə konsert veriblər (FOTO/VİDEO)

27 Sentyabr 2019, 15:00
27 Sentyabr
2019
15:00
345
Hər ilin sentyabr ayında dahi bəstəkar, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda geniş qeyd edilir.
Ann.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.
Tədbirdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz bəstəkar Üzeyir Hacıbəyli haqqında qonaqlara geniş məlumat verib.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən, məhz dahi bəstəkarın doğum günü hər il 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi bayram edilir.
L.Qasımova bildirib ki, dahi bəstəkarın doğum günü ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi hər il Vyanada klassik musiqi axşamları təşkil edir. Bu konsert proqramlarında Avstriya və Azərbaycan musiqiçiləri çıxış edir və Avropada təhsil alan, yaşayan gənc musiqiçilərimizə geniş yer ayrılır. Vurğulanıb ki, bu dəfə diqqət mərkəzində Avstriyada yaşayan istedadlı Manafzadələr musiqiçi ailəsi dayanır.
Konsert axşamında Manafzadələr ailəsi klassik proqramla çıxış edib. Pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi "Xocalıya” əsərini məharətlə ifa edib. Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov isə ifalarında Tofiq Quliyev, Frederik Şopen və Sergey Raxmaninovun yaradıcılığına müraciət edib. Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Avropa bəstəkarları ilə yanaşı, öz əsərlərini də səsləndirib, onun ifasında Azərbaycan xalq mahnısının fərqli aranjemanda təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertdə Turan Manafzadə və Karen Danqer-Manafzadə Azərbaycan xalq və bəstəkar mahnılarını birlikdə ifa ediblər. Konsertin zirvə nöqtəsini isə Turan və Abuzər Manafzadələrin dörd əllə piano ifaları təşkil edib. Hər üç pianoçunun birgə ifasında Avstriyanın qeyri-rəsmi himnlərindən hesab olunan "Radetski marşı” və Müslüm Maqomayevin ölməz "Azərbaycan” mahnısı tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.







































www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
13:57Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
12:56Sabaha gözlənilən hava proqnozu
-
10:59Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
10:27Cəbhədə vəziyyət necədir?
-
10:16Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
-
14:46MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)
-
13:09Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
13:04"Azercell" ilə Nəsimi irsindən zövq al
-
12:47Məzahir Pənahov: "Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..."
-
10:37İcra Hakimiyyətində yeni təyinat
-
09:59Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
09:56Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
19:56Könüllülər üçün konsert keçirildi (FOTO)
-
16:58İstirahət günlərinin hava proqnozu
-
15:37Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
14:31Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi
-
13:39Şənbə günü hava necə olacaq?
-
12:28Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
-
11:17Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
-
11:14Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
-
10:49Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
-
10:22Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
-
13:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
13:47Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
13:45DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
-
12:53Sabahın hava proqnozu açıqlandı
-
12:03Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)
-
11:22Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı (VİDEO)
-
11:11Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
10:40Mədət Quliyev generala vəzifə verdi
-
10:38Yeni icra başçısından təyinat (FOTO)
-
10:35Azərbaycan nefti kəskin bahalaşdı
-
18:41Hərbi qulluqçumuz vəfat etdi
-
16:45İlham Əliyev yeni icra başçılarını qəbul etdi (FOTO)
-
16:17Mehriban Əliyeva Xalq artistinin evində qonaq olub (FOTOLAR)
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
Digər xəbərlər
-
Mədəniyyət, Fotolar, Vİdeo
Azərbaycanlı ifaçılar Vyanada Milli Musiqi Günü münasibətilə konsert veriblər (FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi keçirilib (VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Leyla Əliyevanın şeirinə klip çəkildi: Natiq Əliyevin nəvəsi oxudu (FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
Amalya Pənahova dəfn olunub (YENİLƏNİB/FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
“Qış nağılı”nın Qəbələdəki çəkiliş meydanından reportaj (FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
“Eurovision-2018”: bütün finalçılar (FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
Beş yaşlı azərbaycanlı ABŞ-ın məşhur şoularına çıxacaq (FOTOLAR)
-
Mədəniyyət, Fotolar, Vİdeo
Bir gecədə “Ayə, hareyə gedirsən"lə məşhurlaşan gənc danışdı (FOTO, VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
Azərbaycanın sənətkarlıq guşəsi: Dəmirçi kəndi (FOTO/VİDEO)