Azərbaycanlı gənclər İrana belə meydan oxuyur (FOTOLAR)

Azərbaycanlı gənclər İrana belə meydan oxuyur (FOTOLAR)
Cənubi azərbaycanlı milli-mədəni fəallar İran zindanlarında məhbus həyatı yaşayan əqidədaşlarının azadlığa buraxılmasını tələb edir.

Ann.az publika.az-a istinadən xəbər verir ki, onlar bu məqsədlə Ərdəbil şəhərində divarlara müxtəlif şüarlar yazıb, qrafitti texnikası ilə fəalların şəkillərini çəkiblər.

"Siyasi məhbusun tribunası xiyabanı” adı altında çəkilən şəkillər arasında Siyamək Mirzayi, Lətif Həsəni, İbrahim Nuri, Camal Musəvi və Əmir Səttarinin görüntüləri yer alıb.

Sözügedən şəkillərə Ərdəbilin müxtəlif məntəqələrində rast gəlmək mümkündür.

Qeyd edək ki, uzunmüddətli həbs cəzasına məhkum edilən fəallar İranın müxtəlif zindanlarında saxlanılır.
 













www.ann.az

Xəbər lenti