Azərbaycanlı gəncə fantastik təqaüd təklifi

Azərbaycanlı gəncə fantastik təqaüd təklifi
Azərbaycanlı gənc ABŞ universitetində 74 000 dollarlıq tam təqaüd təklifi alıb.

Ann.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı, hazırda ABŞ-da elmi fəaliyyətlə məşğul olan Qubad İbadoğlu özünün şəxsi "Facebook” səhifəsində yazıb.

O, təhsildə uğura imza atan Cavid Əlizadə ilə bağlı maraqlı məlumatlar paylaşıb:

"Cavid Əlizadə Boyuk Britaniyada İmperial College, University College qəbul olub, ABŞ-ın Lafayette College-dən 74 min dollar tam təqaüd təklifi alıb.

Onun  19 yaşı var. Orta təhsilimi Böyük Britaniyanın "Cardiff  Sixth Form College"- də alıb. 2018-ci ilin dekabr ayının 1-də keçirilən SAT imtahandan 1550 bal (maksimum 1600-dir) toplayıb.

Bundan sonra Böyük Britaniyanin İmperial College London (dünya sıralaması-8, University College London (dünya sıralaması-10), Exeter University (dünya sıralaması-154), Avstraliyanın Monash University (dünya sıralaması-59), Türkiyənin Koç University, ABŞ-ın Alabama University (30000$ təqaüd), Lafayette College (tam təqaüd-74 000$) qəbul alıb. ABŞ-ın dünyaca məşhur Yale University (dünya siralaması-15) və Columbia University (dünya sıralaması-16) və Amherst College onu ehtiyat siyahısına salıb.


www.ann.az

Xəbər lenti