Azərbaycanlı futbolçu 1.5 milyona "Spartak"a transfer olundu

Azərbaycanlı futbolçu 1.5 milyona
Moskva "Spartak"ı azərbaycanlı futbolçu Ayaz Quliyevi heyətinə qatmağa yaxındı.

Ann.az Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt klubu 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün klubu "Rostov"la razılıq əldə edib. "Spartak" bu transferə görə 60 milyon rubl (774 min avro// 1.5 milyon manat) ödəyəcək.

Qeyd edək ki, Ayaz Quliyev mövsümün əvvəlində "Spartak"dan "Rostov"a 500 min avroya transfer olunub. 

www.ann.az

Xəbər lenti