Azərbaycanlı fubtolçu Albaniya klubunda

Azərbaycanlı fubtolçu Albaniya klubunda
"Sabah” futbolçusu Eltun Turabovu icarəyə verib. 

Klubdan Ann.az-a verilən məlumata görə, 22 yaşlı müdafiəçi qarşıdakı mövsümdə Albaniya Super Liqasının debütantı "Biliş”də çıxış edəcək. İmzalama mərasimində "Biliş” klubunun prezidenti Besnik Kapplanaj da iştirak edib.

Eltun Turabovun transferi AFFA-nın da iştirakı ilə gerçəkləşib. 

 
Qeyd edək ki, Eltun Turabov "Qarabağ"ın yetirməsidi. O, 2018-ci ilin yanvarında "Xəzər"ə (Bakı) transfer olunub. Həmin ilin yayında isə "Sabah"a keçib. 22 yaşlı müdafiəçi U-19 və U-21 millimizdə çıxış edib.

www.ann.az

Xəbər lenti