Azərbaycanın məşhur Xalq artisti infarkt keçirdi (FOTO)

Azərbaycanın məşhur Xalq artisti infarkt keçirdi (FOTO)
Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib.

Bu barədə Ann.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, E.Quliyev ötən gün xəstəxanaya yerləşdirilib: "Bu gün həm də Xalq artistinin 80 illik yubleyidir. Təəssüf ki, Eldar Quliyevin xəstələnməsi belə bir günlə üst-üstə düşüb. O, öncə özəl klinikalardan birinə yerləşdirilib, sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinə köçürülüb. Hazırda reanimasiyadadır, insanları tanımaqda çətinlik çəkir".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri Şəfiqə Məmmədova tərəfindən E.Quliyevə yubley münasibəti ilə 2 000 manat mükafat təyin edilib.

"Təəssüf ki, vəziyyəti ilə bağlı verə bilmirik. İnşallah, heç nə olmaz, özünə çatdırarıq”, - məlumatda bildirilib.
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti