“Azərbaycanın hər bir vətəndaşı ayıq-sayıq olmalıdır, dövlətimizə zərbə vurmaq istəyirlər”

“Azərbaycanın hər bir vətəndaşı ayıq-sayıq olmalıdır, dövlətimizə zərbə vurmaq istəyirlər”
"Bu gün Azərbaycan dövlətinə qarşı çox ciddi hücumlar var”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, xalqımıza, dövlətçiliyimizə qarşı müxtəlif istiqamətlərdəki hücumların arxasında Azərbaycan dövlətini zəiflətmək istəyən qüvvələr dayanır:

"Hazırda Azərbaycandakı həmrəyliyi gözü götürməyən antimilli qüvvələr ordu haqqında əsassız fikirlər yazırlar. Cəmiyyətdə narahatlıq yaratmaq üçün rəsmi mənbəyə söykənməyən müxtəlif məzmunda çaşdırıcı xəbərlər paylaşırlar. Bu gün müharibə təkcə səngərlərdə getmir, Azərbaycana qarşı çox ciddi informasiya müharibəsi aparılır. Onlar ölkəni zəiflətmək üçün bu üsuldan istifadə edirlər. Belə vəziyyətdə hər bir azərbaycanlı ehtiyatlı olmalı, bilməyərəkdən belə olsa, dezinformasiyanın yayılmasında iştirak etməməlidir”.

Deputatın fikrincə, hər bir azərbaycanlı öz ordusunu qorumağa çalışmalıdır:

"Bu gün həmrəy olmaq vaxtıdır. Cəmiyyət və ordu bir olarsa, düşmənin heç bir təxribatı uğurlu ola bilməz”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti