Azərbaycanın dəmir yolları koronavirusdan necə qorunur? (FOTO/VİDEO)

Azərbaycanın dəmir yolları koronavirusdan necə qorunur? (FOTO/VİDEO)
"Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti ötən ilin sonunda Çində aşkar edilmiş koronavirusun (2019-nCoV) regionda yayılmaq təhlükəsini nəzərə alaraq xüsusi Tədbirlər Planı reallaşdırır. Plana əsasən, sərnişin qatarlarında, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena normalarına və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Xidmətin gördüyü işlər barədə "Report"a qurumun yol-sanitar karantin müfəttişliyinin rəis müavini Elşən Süleymanov məlumat verib.

Onun sözlərinə görə, dezinfeksiya həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, eləcə də dəmiryol stansiyalarında gündəlik həyata keçirilir:  "Proflaktik dezinfeksiya işləri Bakı, Gəncə vağzalında və digər sərnişinlərin təmasda olduğu peronlarda və əhalinin olmadığı vaxtlarda dezionfeksiya işləri aparılır. Briqadalara hərəkətboyu xəstəlik aşkarlanarsa, xəstələri izolyasiya etmələri, onlarla kontaktda olan sərnişinləri siyahıya almaları, eləcə də xəstələrin hospitalizasiyası barədə mühazirələr keçirilir. Bundan başqa, dəmir yolu ərazisində olan müalicə müəssisələrində qoruyucu tədbirlər görülüb, qoruyucu və dezinfeksiyaedici vasitələr paylanılıb”.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolların"nda koronavirusla əlaqədar qərargah yaradılıb. Məqsəd xəstəliyin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etməkdir. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalında (012) 499 61 11 nömrəli "Qaynar Xətt" fəaliyyətə başlayıb. 
 















www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti