Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunur (RƏSMİ)

Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunur (RƏSMİ)
Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 8 saat müddətində təsdiq ediləcək: "Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: "Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti