Azərbaycanın beynəlxalq axtarışa verdiyi qadın Dubayda saxlanıldı

Azərbaycanın beynəlxalq axtarışa verdiyi qadın Dubayda saxlanıldı
Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib.

www.ann.az

Xəbər lenti