Azərbaycanın bədii gimnastları Monteneqroda 6 medal qazandı

Azərbaycanın bədii gimnastları Monteneqroda 6 medal qazandı
Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Ann.az-ın məlumatına görə, ən çox medalı Kamilla Seyidzadə əldə edib.

O, lentlə icra etdiyi proqramda fəxri kürsünün ilk pilləsinə xalxıb. Seyidzadə gürzlərlə çıxışda gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə bürünc medala sahib çıxıb. Gimnast daha bir "bürünc"ü Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib.

Öz növbəsində, Gözəlova topla hərəkətlərdə bürünc medal qazanıb. Azərbaycanın digər təmsilçisi Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirib və 5-ci yerlə kifayətlənib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti