Azərbaycandan Litvaya təcili pul transferi

Azərbaycandan Litvaya təcili pul transferi
"Azərpoçt” Litva poçtu ilə "STEFI”sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir.

Azərbaycanın poçt operatoru "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Litva poçtu ilə "STEFI” (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir.

Oxu.Az xəbər verir ki, "Azərpoçt”dan verilən məlumata görə, sistem tez bir zamanda istismara veriləcək.

"STEFI” sisteminin tətbiqi Azərbaycan poçt operatoruna Litvaya 30 dəqiqə ərzində təcili pulköçürmə həyata keçirməyə imkan yaradacaq. "STEFI” beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.

Qeyd edək ki, "Azərpoçt” MMC hazırda "STEFI” sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pulköçürmələri təklif edir. Xidmət Qırğızıstan və Tacikistan üzrə də tətbiq ediləcək. Azərbaycan poçtu üçün əsas üstünlük "STEFI” üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti