Azərbaycanda yeni teatr studiyası açılıb

Azərbaycanda yeni teatr studiyası açılıb
Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası açılıb.Teatrdan APA-ya verilən məlumata görə, studiyada tanınmış sənət adamlarının, təcrübəli sənətkarların iştirakı ilə gənclərin rejissor və aktyor sənəti, teatr nəzəriyyəsi, səhnə danışığı, ritmo-plastika, vokal-səs və digər bacarıqlarının inkişafı və formalaşdırılması üçün müxtəlif fənlərin tədrisi təşkil edilib/ Studiyada xaricdən Azərbaycana gələn görkəmli teatr xadimlərinin - aktyorların, rejissorların, rəssamların, teatrşünasların və digər teatr mütəxəssislərinin iştirakı ilə ustad dərsləri və seminarların təşkili də planlaşdırılır.40 nəfərdən ibarət studiya üzvləri arasında ölkənin müxtəlif teatrlarında çalışan gənc aktyorlar, ADMİU-nun tələbələri və məzunları olan gənclər var.Studiyanın tədris müddəti iki illik müddətə müəyyənləşdirilib. Bu iki il ərzində gənclərə teatr sənətinin səhnə-oyun prinsiplərini əhatə edən məşğələlər keçiriləcək, tədris prosesinin sonunda isə studiya üzvləri ilə tamaşa hazırlanacaq. Teatrdan bildiriblər ki, studiyada tamaşaya qoyulan uğurlu əsərin teatrın Bədii Şurasında müzakirə edilərək repertuara daxil edilməsi də istisna edilmir. İki illik tədrisi başa vurduqdan sonra studiya üzvlərinə müvafiq sertifikatlar təqdim ediləcək və ən fəal studiya üzvlərinin, müqavilə əsasında, teatrın tamaşalarında iştirak etməsinə şərait yaradılacaq. ANN.Az

Xəbər lenti