Azərbaycanda valyuta hərracında dollara tələb artıb

Azərbaycanda valyuta hərracında dollara tələb artıb
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ann.az Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb iyulun 2-nə nisbətən 0,7 milyon ABŞ dolları və yaxud, təxminən, 1,3% artaraq 53,8 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti