Azərbaycanda uşaqlar üçün telekanal yaradıla bilər - VİDEO

Azərbaycanda uşaqlar üçün telekanal yaradıla bilər - VİDEO

Televiziya kanallarında müxtəlif səpkili kifayət qədər veriliş olsa da, uşaq verilişlərinin az olması və bəzən verilişlərin uşaqların istəyinə uyğun olmaması səbəbindən uşaqlar vaxtlarını ya kompüter arxasında, ya da telefonda oyun oynamaqla keçirirlər. Bu məsələ millət vəkillərinin diqqət mərkəzindədir. Milli Məclis tərəfindən uşaqlar üçün ayrıca televiziyanın yaradılması təklif olunub. Millət vəkili Musa Quliyevin sözlərinə görə, uşaqlar üçün belə televiziyanın yaradılması nəzərdə tutulsa belə hələ ki, bunun üçün imkan yoxdur: “Hələ bunun üçün kifayət qədər Azərbaycanda bu sahədə ixtisaslı kadrlar yoxdur. Ola bilər ki, kimsə öz vəsaiti hesabına belə bir televiziya açsın bu başqa məsələ. Amma hələ bunun üçün imkanlar da azdır”. Rəyini öyrəndiyimiz paytaxt sakinləri uşaqlar üçün ayrıca televiziyanın yaradılmasını müsbət hal kimi qiymətləndirdilər.Əgər uşaqlar üçün belə bir televiziya yaradılarsa, o zaman yəqin ki, uşaqlar da böyüklər üçün nəzərdə tutulmuş internet və telefondan uzaqlaşıb, onlar üçün hazırlanan verilişlərdən tərbiyəvi nəticə çıxardarlar.

Xəbər lenti