Azərbaycanda unikal ixtira: layihə İlham Əliyevə təqdim edildi (VİDEO)

Azərbaycanda unikal ixtira: layihə İlham Əliyevə təqdim edildi (VİDEO)
Elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə isə elektrik enerjisinə 70 faizə yaxın qənaət etmək olur...

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi-Tədqiqat İnstitutunun Elm və İxtiraçılıq Mərkəzinin rəhbəri Valeh Arifzadənin müəllifi olduğu "Wattbooster” sırf elektrik elektrik enerjisinə qənaət etmək üçün nəzərdə tutulub.

Bu ixtiranı təkmilləşdirməklə sənayenin müxtəlif sahələrinə tətbiq etmək mümkündür. Artıq layihə ölkədə fəaliyyət göstərən mobil operatorlardan biri tərəfindən dəstəklənib və maliyyələşdirilir.

Azərbaycanlı ixtiraçılar tərəfindən təqdim edilən digər bir maraqlı layihə isə "safee" adlı ixtiradır. Bu ixtira əsasən axşam vaxtı təhlükəsiz şəkildə, velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir.

Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, BBC, Mirror, Yahoo və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.

Qeyd edək ki, hər iki layihə ötən gün prezident İlham Əliyevə də təqdim edilib və bəyənilib. (Xəzər TV)

www.ann.az

Xəbər lenti