Azərbaycanda son sutkada koronavirusa yoluxma azaldı

Azərbaycanda son sutkada koronavirusa yoluxma azaldı
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ann.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib. Hazırda 15 142 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, bu günə qədər isə ümumilikdə 2 250 291 test icra olunub.

Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınmış, 1 931 nəfər müalicə olunaraq sağalmış, 27 nəfər vəfat etmişdi.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti