Azərbaycanda qısametrajlı film festivalı keçiriləcək

Azərbaycanda qısametrajlı film festivalı keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə rejissorluğa maraq göstərən həvəskar gənclər üçün “Gənc Azərbaycan” qısametrajlı film festivalı keçiriləcəkdir.
ANN.Az-ın məlumatına görə, layihənin rəhbəri Humay Fərəcova AzərTAc-a bildirib ki, festivalda iştirak arzusunda olanların təqdim edəcəyi 5-10 dəqiqəlik filmdə iyirmi iki il əvvəl dövlət müstəqilliyini əldə etmiş “Gənc Azərbaycan”ın təsviri individual, özünəməxsus şəkildə əksini tapmalıdır. Əsas meyar səs effektləri və keyfiyyət, orijinal ideyalardır.
Festivala qatılmaq istəyənlər noyabrın sonunadək müraciətlərini [email protected]/* */ ünvanına göndərə və ya (051) 430-67-73 nömrəli telefona zəng vura bilərlər. Filmləri fərdi qaydada və ya komanda adından göndərmək olar. Filmlər dekabrın 15-dək təhvil verilməlidir.
Təqdim olunan işlər ekspertlər tərəfindən qiymətləndiriləcək və ən orijinal filmlər festivalda təqdim ediləcəkdir. İştirakçılara hədiyyə və diplom, sertifikatlar veriləcəkdir.

Festivalın yanvarın əvvəllərində keçirilməsi nəzərdə tutulur.

ANN.Az

Xəbər lenti