Azərbaycanda qeyri-adi meyvə yetişdirildi (FOTO)

Azərbaycanda qeyri-adi meyvə yetişdirildi (FOTO)
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının seleksiya bağında iri həcmli sitrus meyvəsi - pomelo yetişdirilir.

Ann.az Azərtac-a istinadən xəbər verir ki, vətəni Cənub-Şərqi Asiya olan, ölkəmizdə isə yalnız cənub bölgəsində yetişdirilən pomelo sitrus meyvəsinin çəkisi 2 kiloqrama çatır.

Digər sitrus meyvələri kimi, suya təlabatlı olan pomelonun tərkibi vitamin və minerallarla zəngindir.
 


www.ann.az

Xəbər lenti