Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradıldı (FOTOLAR)

Azərbaycanda Qarabağ atlarının biomaterial bankı yaradıldı (FOTOLAR)
Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan toxum alınıb.

Bu barədə Ann.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bunun üçün Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial (toxum) kreobankı yaradılıb. Alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə köməklik göstərəcək.

Atların süni mayalandırılması məqsədilə Mərkəzdə respublikanın müxtəlif rayonlarından gəlmiş baytarlara və süni mayalanma texniklərinə təlim keçirilib. Rusiyadan dəvət olunmuş xarici mütəxəssis tərəfindən keçirilən təlimlər 5 gün davam edib. Təlimlərdə yerli mütəxəssislərə cins atların damazlıq tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma üsullarından istifadə qaydaları öyrədilib. Buna qədər Azərbaycanda yalnız iribuynuzlu mal-qaranın süni mayalanma yolu ilə artırlması praktikasından istifadə olunub.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, cins atlardan süni yolla biomaterial nümunələrinin alınması və toxum bankının yaradılması yaxın gələcəkdə Qarabağ atlarının baş sayının çoxalmasına ciddi təsir göstərəcək.

 














www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti