Azərbaycanda qanunsuz lotereya aşkarlandı

Azərbaycanda qanunsuz lotereya aşkarlandı
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində «Football Planet» MMC-nin lotereyalar haqqında qanunvericiliyin tələbləri pozulduğu aşkarlanıb. QKDK-dan verilən məlumata görə, bununla əlaqədar, Komitə «Football Planet»ə keçirdiyi «FP-2-1-0» adlı stimullaşdırıcı lotereyanın dayandırılması barəsində göstəriş verib. «Bununla bağlı, QKDK vətəndaşları məlumatlandırır və bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa çağırır», - deyə Komitənin rəsmi məlumatında bildirilir. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti