Azərbaycanda qadın işçisini döyən məmur saxlanıldı (YENİLƏNİB/FOTO)

Azərbaycanda qadın işçisini döyən məmur saxlanıldı (YENİLƏNİB/FOTO)
Prokurorluq Şəmkirdə saxlanılan vəzifəli şəxslə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Ann.az-a bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

V. Vəliyev şübhəli şəxs qismində tutulub.
 
12.26

Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq sözügedən məmura cinayət işi açılıb.

İlkin məlumata əsasən Vazeh Vəliyev öz vəzifə səlahiyyətlərini aşmaqda, tabeliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.

Hadisə bir neçə ay bundan öncə baş verib və Vazeh Vəliyevin işi məhkəməyə çıxarılıb.

Qərara əsasən V.Vəliyev dünən saxlanılıb.
 

Tərəfdaşların xəbərləri

Xəbər lenti