Azərbaycanda pulla azadlığa çıxmaq mümkün ola bilər

Azərbaycanda pulla azadlığa çıxmaq mümkün ola bilər

“Lazımi məqamlarda bəraət hökümü çıxarılmalıdır”.

Girov məsləsini alternativ cəza kimi tətbiq etməklə, biz insanların əsasız olaraq həbsdə yatmasının qarşını ala bilərik.

ANN.Az ANS PRESS-ə istinadən xəbərə verir ki, bunu millət vəkili Fazil Musatafa Milli məclisdəki çıxışında deyib.

Fazil Mustafa həbsə görə girov məsələsinin tətbiqindən sonra insanların həbsxanaya getməsinin qarşısının alına bilcəyini də qeyd edib:

“Lazımi məqamlarda bəraət hökümü çıxarılmalıdır. İstintaq orqanlarının işi yetərlidirsə, məhkəməyə ehtiyac varmı?”

Fazil Mustafa həbsə görə girov qoyulması məsələsinin Ukraniydada və Rusiyada tətbiq olunduğunu və yaxşı nəticələr göstərdiyini qeyd edib.

Fazil Mustafa quruculuq mexanizmlərinin dəyişdirilməsini təklif edib:

“İşləməyən ölü maddələr dirilməlidir”.

Milli məclisin spikeri Oktay Əsədov isə Fazil Mustafaya cavabında, bu məsələyə keçmək üçün cəmiyyətin hazırlanmalı olduğunu deyib.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti