Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürdü

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürdü
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Ann.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti