Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü

Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü
Sentyabrın 11-də Yevlax şəhərində yaşayan əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Ann.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. 

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş "İJ-58” markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1 000 manat aldıqdan sonra buraxmaları müəyyən edilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti