Azərbaycanda “Microsoft” məhsullarının satış həcminin orta illik artımı açıqlanıb

Azərbaycanda “Microsoft” məhsullarının satış həcminin orta illik artımı açıqlanıb

Azərbaycanda “Microsoft”un lisenziyalı məhsullarının satış həcminin orta illik artımı təqribən 35 faiz təşkil edir.

AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə “Microsoft”un Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Takuya Hirano məlumat verib. 

T.Hirano deyib ki, Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı üçün zəruri şərait yaradılır, yüksək ixtisaslı kadrlar hazırlanır. 

Azərbaycanın kadr potensialının gücləndirilməsində texnoparklar, o cümlədən Yüksək Texnologiyalar Parkı mühüm rol oynayacaq. Bu sahədə əməkdaşlığımız davam edəcəkdir.

ANS PRESS

Tərəfdaşların xəbərləri

Xəbər lenti