Azərbaycanda koronavirusa yoluxma 100-dən də aşağı düşdü

Azərbaycanda koronavirusa yoluxma 100-dən də aşağı düşdü
Azərbaycanda mayın 13-dən sonra ilk dəfə gündəlik yeni növ koronavirusa (COVİD-19) yoluxma halı 100-dən az olub. 

Ann.az-ın məlumatına görə, mayın 13-də  Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 65 yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış, 2 nəfər vəfat etmişdi.

Son sutka ərzində isə Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.

Son sutka ərzində 5 618, hazırkı dövrədək isə ümumilikdə 785 126 test aparılıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti