Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ə yaxınlaşdı - Ölənlər var

Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ə yaxınlaşdı - Ölənlər var
Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Ann.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4947, ötən müddət ərzində isə ümumilikdə 422 049 test aparılıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti