Azərbaycanda kənd təsərrüfatı məhsulları bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsulları bahalaşıb

2013-cü ilin dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri noyabrla müqayisədə 0,4 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.

Trend-in Dövlət Statistika Komitəsinin saytında dərc olunmuş məlumata görə, dekabrda birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, kartofun 3,5 faiz, qarğıdalının beş faiz ucuzlaşıb, arpanın istehsalçı qiymətləri 1,2 faiz, lobyanın 2,2 faiz, baş soğanın 2,9 faiz, baş sarımsağın 0,2 faiz, göyərtilərin 0,7 faiz, quru otun 1,4 faiz, yoncanın istehsalçı qiymətləri 0,8 faiz bahalaşıb.

Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın 0,5 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 9,1 faiz, fındığın 1,5, qozun istehsalçı qiymətləri 3,7faiz bahalaşıb, limonun istehsalçı qiymətləri 8,5 faiz, portağalın 12,7 faiz, narınginin isə 17,5 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçi ətinin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz təbii balın istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, südün 1,1 faiz, yumurtanın istehsalçı qiymətləri 6,5 faiz bahalaşıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunub.

ANN.Az

Xəbər lenti