Azərbaycanda ilk olan “İnsan Mühəndisliyi” proqramının təqdimatı keçirilib (FOTO/VİDEO)

Azərbaycanda ilk olan “İnsan Mühəndisliyi” proqramının təqdimatı keçirilib (FOTO/VİDEO)
30 oktyabr 2018-ci il tarixində Azərbaycanda ilk olan Rövşən Nəcəfovun müəllifi olduğu "İnsan Mühəndisliyi” proqramının Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təqdimatı keçirilib. 

Təqdimat zamanı tələbələrlə şəxsi inkişaflarında psixoloji aspektlər, gələcək karyeralarında uğur qazanmaq, həyatlarında müəyyən və qeyri-müəyyən anlayışlar haqqında müzakirələr aparılıb.

Ann.az xəbər verir ki, Rövşən Nəcəfovun müəllifi olduğu "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

"İnsan Mühəndisliyi” proqramı ilə əlaqə:
WhatsApp: (+994 50) 526 13 13
 







www.ann.az

Xəbər lenti