Azərbaycanda daha bir polis biabır oldu - VİDEO

Azərbaycanda daha bir polis biabır oldu - VİDEO
Sosial şəbəkələrdə yenidən yol polisinin rüşvət alması ilə bağlı video paylaşılıb. ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, həmin video Facebook sosial şəbəkəsində paylaşılıb.Videodan görünür ki, yol polisi sürücünü saxlayıb. O, sürücüdən pul alaraq cibinə qoyur. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu barədə hələlik onlarda məlumat yoxdur. Onun sözlərinə görə, hələ həmin video ilə tanış olmayıb. Lakin istənilən halda bu, qanun pozuntusudur:“Ola bilər ki, həmin video çoxdan çəkilib və həmin əməkdaşımız işdən çıxarılıb. Bəlkə də təzə çəkilib. Dediyiniz məsələni araşdırarıq”, - deyə K.Əliyev vurğulayıb.Rəisin sözlərinə görə, hazırda Azərbaycanda yol polisi sürücülərdən cəriməni nağd şəkildə ala bilməz:“Bu, qanunla yolverilməzdir. Əgər hansısa yol polisi vətəndaşdan pul alırsa, mütləq həmin şəxs idarəyə bildirsin. Dərhal rüşvət alan yol polisi cəzalandırılacaq”.ANN.Az

Xəbər lenti