Azərbaycanda avtomobil istehsalı 3 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 3 dəfə artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 53,9 mln. manatlıq məhsul istehsal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 26,8%, nəqliyyat vasitələrinin istehsalında 3,2 dəfə, avtomobil və qoşquların istehsalında isə 3,3 dəfə artım müşahidə olunub.Belə ki, bu ilin iki ayında ölkədə 147 ədəd minik avtomobili istehsal olunub. Bu, ötən ilin analoji göstəricisindən 4,6 dəfə çoxdur. Hesabat dövründə ölkədə 91 yük maşını istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.Bu ilin yanvar-fevral aylarında ölkədə 217 traktor istehsal edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 72,3 dəfə çoxdur. Bu müddət ərzində 343 ədəd kotan istehsal edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 78,6% çoxdur.ANN.Az

Xəbər lenti