Azərbaycanda 2 nəfər qarayaraya tutulub

Azərbaycanda 2 nəfər qarayaraya tutulub
Sabirabadda iki nəfər qarayara xəstəliyinə tutulub. 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, 2 nəfər Sabirabad sakini 34 və 26 yaşlarında kişi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb”.

Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.


www.ann.az

Xəbər lenti