Azərbaycana kim gəlsə, karantinə alınacaq - TƏBİB

Azərbaycana kim gəlsə, karantinə alınacaq - TƏBİB
"Bu gün Azərbaycana kənardan kim gəlirsə, karantinə alınır”.

Bunu Qaynarinfo-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib. Onun sözlərinə görə, bu qərar iyunun 15-nə kimi qüvvədədir:

"İyunun 15-nə kimi Azərbaycana kim gəlsə, onlar da karantinə alınacaq. Ondan sonra isə Azərbaycana gələnlərin karantinə alınıb-alınmaması verilən qərarlardan asılı olacaq”.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı Naxçıvana uçuşların bərpa ediləcəyini deyib. Onun sözlərinə görə, Naxçıvana uçuşların bərpası iyunun 8-dən sonraya planlaşdırılır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti