Azərbaycan və Ermənistan XİN başçılarının görüşü niyə baş tutmadı?

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü niyə baş tutmadı?
ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində Stokholmda (İsveç) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutmayıb.

Ann.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin Bayramov-Mirzoyan görüşünün 2 dekabrda olacağı haqda məlumat yaymışdı. Lakin həmin gün görüş baş tutmayıb. Görüşün dünən keçiriləcəyi gözlənilsə də, yenə gerçəkləşməyib. 

Stokholm şəhərində ATƏT Xarici İşlər nazirlərinin 28-ci iclası dekabrın 3-də başa çatıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti