Azərbaycan sülhpərvərliyi və dözümlüyü Avropa Parlamentində - FOTO

14 Fevral 2014, 16:02
14 Fevral
2014
16:02
864
"Azərbaycan: Dünyanın vətəni" - Azərbaycanın ənənəsini, həyatını, mədəniyyətini və tarixini göstərən 100 şəkildən ibarət çox gözəl pulsuz sərgidir və bu sərgi fevralın 11-də Avropa Parlamentində açıldı. Onun açılışı Avropa-Azərbaycan Cəmiyyətinin Belçika ofisində (TEAS) avroparlamentin üzvü Niki Tzavela (EFD, Yunanıstan) ilə əməkdaşlıq əsnasında keçdi. Şəkillərin seçimi bu qərbyönümlü, kosmopolit, öz dini dözümlülüyü ilə məşhur olan dünyəvi ölkədə gündəlik həyatı çox gözəl təsvir edirdi.Avropa Parlamentinin (MEPs) 400-dən çox üzvü, Avropa Şurasının üzvləri, diplomatlar, parlamentin Avropa tədqiqatçıları və jurnalistlər açılışda iştirak etdilər. Avropa Parlamentinin üzvü Fiorello Provera (EFD, İtaliya) sərginin çox gözəl və unikal olduğunu deyib: “Bu sərgi Avropa üçün əhəmiyyəti artmaqda davam edən Azərbaycanı sizə təqdim edəcək. Dekabrda Avropa Birliyi və Azərbaycan Məsləhət Şurasının gedişatında siyasi dialoqu, energetikanı, siyasəti, ticarəti, investisiyaları və mədəni əməkdaşlığı əhatə edən əhəmiyyətli razılaşmalar imzalayıb”.Deputat öz çıxışını belə davam etdirib: "Azərbaycan və Avropa Birliyi əsasən energetika məsələləri üzrə birləşirlər və mənim ölkəm - İtaliya - indi Azərbaycan üçün çox əhəmiyyətli partnyordur. Ancaq bu ölkəyə yalnız qaz və neftin mənbəyi kimi baxılmamalıdır. Siz, həmçinin, görəcəksiniz ki, bu qədim torpağın gözəl mənzərələri, dağları və şəhərləri var. Missis Tzavela bu sərgini azərbaycanlıların dözümünü və sülhpərvərliyini nümayiş etdirmək üçün təşkil etdi və bu, bir çox şəkillərdən görünür. Siz həmçinin görəcəksiniz ki, Azərbaycan bir çox irqlər və dinlər üçün böyük evdir və bu Şərq-Qərb arasında körpüdür - ümumiyyətlə, bu ölkədə əmin-amanlıq hökm sürür".Azərbaycan Respublikasının Niderland Krallığında səfiri və Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad İskəndərov açılış tədbirində fikirlərini səsləndirib: "Ölkəmizi Avropa Parlamentinin deputatlarına və başqa dostlara təqdim etmək böyük şərəfdir. 2013-cü ilin dekabrında Azərbaycan höküməti və bp arasında son investisiya qərarı (FID) imzalandı – bu da “Şahdəniz” konsorsiumunun Cənubi Qaz Dəhlizinin tikintisini reallığa çevirir. Növbəti bir neçə ildə Azərbaycan qazı dünyanın ən bahalı infrastrukturlarından keçməklə Avropaya hərəkət edəcək. Cənub dəhlizinin inkişafı Avropa istehlakçıları üçün qaza olan qiymətlərin azalmasına kömək edəcək”.Diplomat əlavə edib ki, Azərbaycan və Avropa Birliyi ölkələri bir çox ümumi dəyərlərə malikdirlər və bu, Avropa Birliyi ailəsiylə inteqrasiyanı göstərir: “Xatırlamaq lazımdır ki, Dağlıq Qarabağ ətrafında davam edən erməni-Azərbaycan münaqişəsinə, 1992-ci ilin 26 fevralında Xocalıda 613 kişinin, qadının və uşağın həlak olması ilə nəticələnmiş vəhşiliyə baxmayaraq Azərbaycan öz sabitliyini saxlamağı və inkişaf etməyi bacardı. Azərbaycan çox ölkələrlə əla münasibətlərə malikdir və yaxşı niyyətlə bu münaqişənin həllinə nail olmağa çalışır".Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri, doktor Asim Mollazadə bu tədbirin Avropa Parlamentində baş tutmasını xarakterik hal kimi dəyərləndirib: “Çünki Avropa Azərbaycan üçün əhəmiyyətli regiondur. Bizim Avropa Birliyi ilə demokratiya, insan hüquqları və qanunun aliliyi kimi ümumi dəyərlərimiz var. Azərbaycan ərazisinin böyük bir hissəsi erməni işğalı altında qalır və xatırlamaq lazımdır ki, fevral ayı Xocalı faciəsinin il dönümü ilə əlaqədar olaraq Azərbaycan xalqı üçün çox ağır aydır”. A.Mollazadə onu da bildirib ki, Azərbaycan ədalətə və qanunun aliliyinə hörmət edən ölkə kimi Brüsseldə təqdim edilib: “Bütün beynəlxalq sənədlər Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın mövqeyini dəstəkləyir və biz gözləyirik ki, Avropa Birliyi də bu məsələyə diqqət yönəldəcək, ədalətə nail olacaq.Azərbaycan həmişə qərbə can atırdı və şərqlə Avropa mədəniyyətini birləşdirmiş ilk ölkə regionda Azərbaycan sayılır. Hazırda Azərbaycan qara qızıldan gələn gəlirləri insan qızılına çevirməli və tam ölçüdə Avropa dəyərlərini mənimsəməlidir".İslam Əməkdaşlığı Təşkilinin (OİS) missiya başçısı səfir Arif Məmmədov sərgiyə heyran qaldığını dilə gətirib: “Bununla belə, rənglər bizim dünyamızın hər aspektini doldurmur - bəzi ağ-qara tonlar var və əzablar da ən çox ağ-qara tonlarla təsvir edilir. Əzab çəkənləri tanımaq və Xocalı soyqırımını etnik təmizləmənin başqa nümunələriylə yanaşı xatırlamaq lazımdır".Belçikanın TEAS rəhbəri D-r Roman Xunanın fikrincə, bu şəkillər Azərbaycan zehninin, ənənələrinin və dəyərlərinin ayrılmaz elementi olan sülhpərvərliyi təsvir edir: “Brüsseldə Azərbaycan hazırda Avropa səhnəsinə cəlb edilib. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi fövqəladə ciddi idi və bu sərgi bizə qurbanları xatırlamağa kömək edir".Açılış zamanı Azərbaycandan olan skripkaçısı doktor Səbinə Rakçeeva musiqi ifa edib, o, Nyu-Yorkda yerləşən Culyard məktəbinin ilk azərbaycanlı məzunu hesab olunur. Londonun Deko ansamblıyla birlikdə o, Argentina bəstəkarı Astor Pyassollanın, Vaqif Mustafazadənin və həmçinin, ənənəvi Azərbaycan musiqisini qonaqlara təqdim edib.ANN.Az
Xəbər lenti
-
10:37"Azercell"ə yeni prezident təyin olundu
-
13:41Prezident və xanımı yeni Turizm Kompleksinin təməlqoyma mərasimində
-
13:12Sabah hava dəyişkən buludlu olacaq
-
13:02Vilayət Eyvazov şəhidlərin qardaşlarına vəzifə verdi
-
12:38Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətdi (RƏSMİ)
-
12:25Suqovuşanda düşmən minalarının zərərsizləşdirilməsi partlayış anı (VİDEO)
-
11:23FHN-in Modul Tipli Hospitalının baş həkimi həbs edildi (RƏSMİ)
-
10:42İntihara cəhd edən şəxs xilas edildi
-
10:39"Aztelekom"un baş direktoru vəzifəsindən azad edildi
-
10:27“Yeni klinika”nın direktoru həbs edildi (SƏBƏB)
-
10:13Nazir polkovnik-leytenanta yeni vəzifə verdi
-
10:04Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir (VİDEO)
-
18:19Ağdamın daha bir kəndindən görüntülər (VİDEO)
-
16:39Azərbaycanda son sutkanın yoluxma statistikası
-
16:26Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
-
15:26Putindən Qarabağ açıqlaması
-
15:19Azərbaycanda aktyor və qardaşı koronavirusdan öldü
-
14:47Suqovuşan: Qələbəyə ilk addım…(VİDEO)
-
14:37Azərbaycanda aktyor və qardaşı koronavirusdan öldü
-
13:57Azərbaycanda nazir koronavirusa yoluxdu
-
13:02Sabahın hava proqnozu açıqlandı
-
12:49Prezident bu rayona 6.5 milyon manat ayırdı (SƏRƏNCAM)
-
12:39Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edildi
-
11:53Baş Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
-
11:33AÇG və "Şahdəniz"dən indiyədək hasil edilən neftin həcmi açıqlandı
-
11:074 azyaşlı xilas edildi, 2 nəfər öldü (VİDEO)
-
10:51ATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı dayandırıldı (SƏBƏB)
-
10:45Nazir polkovnik-leytenanta vəzifə verdi
-
10:39Azərbaycan nefti yenidən ucuzlaşdı
-
10:29Deputatlığa keçmiş namizədə yüksək vəzifə verildi
-
10:01Tanınmış azərbaycanlı vəfat etdi
-
09:54Qubadlının Ulaşlı kəndinin görüntüləri (VIDEO)
-
12:55Dövlət Yanğın Nəzarəti Xidməti tibb müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirdi (FOTO/VİDEO)
-
12:47İntiharın eşiyindən dönən Aytəkinin uğur hekayəsi - VİDEO
-
12:33AFFA-dan Superliqa açıqlaması: "Separatçılığı qınayırıq"
-
12:26Prezident Hacıqabulda səfərdədir (YENİLƏNİB)
-
11:39Məşhur reperə BNA-da yüksək vəzifə verildi (FOTO)
-
10:42Nazirdən Aqil Abbasın oğlu ilə bağlı əmr (FOTO)
-
10:40Daha bir hərbçimizin şəhid xəbəri gəldi (FOTOLAR)
-
10:34Distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək
21 Aprel 2021
20 Aprel 2021
Digər xəbərlər
-
Siyasət, Fotolar
Hulusi Akar Xocalıya həsr olunmuş sərgini açıb (FOTOLAR)
-
Siyasət, Fotolar
Azərbaycanın Los Ancelesdəki baş konsulu ermənipərəst konqresmenlərə cavab verib
-
Siyasət, Fotolar
Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır (FOTOLAR)
-
Siyasət, Fotolar
Daha 5 siyasi partiya ofislə təmin olundu (FOTOLAR)
-
Siyasət, Fotolar
Ceyhun Bayramov İran prezidenti ilə görüşdü (FOTOLAR)
-
Siyasət, Fotolar
Azərbaycandakı aşkenazilərin baş ravvini Gəncəyə getdi (FOTOLAR)
-
Siyasət, Fotolar
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı (FOTOLAR)
-
Siyasət, Fotolar
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli oldu
-
Siyasət, Fotolar
Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir (FOTOLAR)