“Azərbaycan razılaşmalıdır ki, Dağlıq Qarabağ müstəqil olacaq” - ŞOK İDDİA

“Azərbaycan razılaşmalıdır ki, Dağlıq Qarabağ müstəqil olacaq” - ŞOK İDDİA

"Azərbaycan razılaşmalıdır ki, Dağlıq Qarabağ müstəqil olacaq". 

ANS PRESS-in məlumatına görə, bu barədə tez-tez erməni mətbuatında siyasi ekspert kimi çıxış edən MDB ölkə universitetlərinin direktoru Konstantin Zatulin bildirib. 

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin tez zamanda həlli üçün, konfliktli ölkələr cəsarət göstərməlidir: "Azərbaycan Dağlıq Qarabağı təsdiqləyir, Ermənistan ordusu isə Konstantin Zatilinin sözləri ilə desək "özünümüdafiə qüvvələri" hansı ki, bu gün Dağlıq Qarabağın torpaqlarını işğal edib, o ərazini Azərbaycana qaytarmalıdır". Onun fikrincə, bu razılıq paketidir. 

Düzdür, cənab Zatulin Azərbaycanın hansı formada bu qondarma respublikanı təsdiqlədiyini bildirmir, halbuki, Yerevan bu günə qədər müstəqil dövlət kimi tanımayıb. Bundan əlavə belə bir sual ortaya çıxır: "Bəs nəyə görə Rusiya cənab Zatulinin nou-hausunu Abxaziya və Cənub Osetiya münasibətində istifadə etmir, hansı ki, silah gücü ilə Gürcüstandan Rusiya tərəfindən alınıb. 

Xatırlayaq ki, bü günə qədər bu ərazilər müstəqil ölkə kimi qəbul olunmayıb, hətta Moskvanın çox yaxın müttəfiqləri tərəfindən. Amma, bütün fikirləri Ermənistan ilə bağlı olan cənab Zatulini bu elə də narahat etmir.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti