Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix dəqiqləşdi

Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix dəqiqləşdi
Beynəlxalq Avtomobil Federasiyası "Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib.

Qurumdan Ann.az-a verilən məlumata görə, Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci "Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək. 

Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.

www.ann.az

Xəbər lenti