Azərbaycan Qran-prisi təxirə salındı

Azərbaycan Qran-prisi təxirə salındı
"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

Ann.az xəbər verir ki, bu barədə yarışln rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, iyun ayına təyin olunan yarış koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılması səəbindən keçirilməyəcək:

"Bu gün aldığımız qərarə əsasən nəzərinizə çatdırırıq ki, bu il 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılan Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışı təxirə salınır.

Bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Azərbaycan Respublikası hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarın alınmasını zəruri edib.

Bütün Formula 1 Azərbaycan Qran Prisi 2020 biletləri hər hansısa əlavə formallıqlar olmadan etibarlılığını saxlayır. Azərbaycan Qran Prisinin keçirilicəyi yeni tarix təsdiqləndikdən dərhal sonra biletlərini həm Bakı Şəhər Halqasının rəsmi saytından (www.bakucitycircuit.com), həm də digər kanallarla əldə etmiş bilet sahibləri müvafiq şəkildə mümkün variantlar barədə məlumatlandırılacaqlar.

Dostlar, hər birinizdən sağlamlığınıza diqqət etməyinizi və mümkün olduqca evdə qalmağınızı xahiş edirik".

www.ann.az

Xəbər lenti