Azərbaycan Premyer Liqasının püşkü atıldı

Azərbaycan Premyer Liqasının püşkü atıldı
Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün püşkatma mərasimi keçirilib.

Qol.Az-ın  məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan püşkatmada Premyer Liqada mübarizə aparacaq 10 klub iştirak edib.

Mərasimdə ilk turun cütlükləri bəlli olub. Yeni mövsümün ilk turununun oyunlar avqustun 8-9-da keçiriləcək. Çempionatın ümumi təqvimi yaxın günlərdə müəyyənləşəcək.

Azərbaycan Premyer Liqası, I tur

"Qəbələ” – "Qarabağ”
"Xəzər Lənkəran" - "İnter"
"Rəvan" - "Sumqayıt"
"Zirə" – AZAL
"Neftçi" - "Kəpəz"

Qeyd edək ki, "Qarabağ”, "İnter”, "Qəbələ”, "Neftçi”, AZAL, "Xəzər Lənkəran” və "Sumqayıt” ötən mövsüm də Premyer Liqada iştirak edib. Məlum səbəblərdən yüksək liqada iştirak edə bilməyən "Simur”un yerini ötən mövsüm I divizionda mübarizə aparmış "Rəvan” tutub. "Kəpəz” də yenidən Premyer Liqada iştirak edəcək. "Zirə” isə Premyer Liqanın debütantıdır.
www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti